Futbol üzrə Misli Premyer Liqasında 15-ci tur başa çatıb.

Çempionatın favoritlərindən “Qarabağ” öz meydanında “Qəbələ” ilə üz-üzə gəlib. İlk hissədə meydan sahibləri fəallığı ilə seçilib. Hesab 8-ci dəqiqədə açılıb. Hamidu Keyta qonaq komandanı mərkəzə dəvət edib. Qeyd edək ki, fransalı futbolçu sonuncu dəfə məhz “Qəbələ” ilə matçda fərqlənmişdi. İkinci hissədə fərq bir qədər də artıb. Ağdam klubunun gənc forvardı Nəriman Axundzadə 64-cü dəqiqədə “Qarabağ” azarkeşlərini növbəti dəfə sevindirib. Görüşün sonlarında isə Qurban Qurbanovun yetirmələri daha bir qol vurublar. Juninyo qarşılaşmaya nöqtə qoyub. “Qarabağ” – “Qəbələ” 3:0. Bununla da xal hesabını 32-ə yüksəldən “Qarabağ” liderliyini qoruyub. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədədir.